Qırğızıstan Rusiyaya və Rusiyadan pul köçürmələrini dayandırıb...

İyunun 13-də Qırğızıstanın bir neçə bankı pul köçürmə sistemləri ilə işi dayandırmaq qərarına gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, TASS bu barədə bəzi bankların rəsmi internet saytında yerləşdirilən məlumatlara istinadən xəbər verir.

Aydınlaşdırılır ki, sistemlərdən istifadə etməklə Rusiyadan respublikaya və əks istiqamətə pul göndərmək mümkün olub. Qırğızıstanın RSK Bankı vurğuladı ki, hazırda Astrasend, Unistream, Contact, Zolotaya Korona və Sberbank Online texniki problemlərə görə işləmir.

Mətbuat xidməti bu transfer sistemləri ilə işin bərpası barədə əlavə məlumat verəcək. Kompanion Bank da sistemlərlə işləməyi dayandırmaq qərarına gəlib.

Mbank həmçinin rublla işləmək üçün məhdudiyyətlər tətbiq edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə