Çin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə reaksiya verib

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın yeni anti-Rusiya sanksiyalarını pisləyib.

...Onları qeyri-qanuni və birtərəfli adlandırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian deyib.

...Biz Birləşmiş Ştatları qeyri-qanuni birtərəfli sanksiyaların həddən artıq tətbiqini dərhal dayandırmağa və bunun əvəzinə atəşkəs və sülhün bərpasında konstruktiv rol oynamağa çağırırıq.

Qeyd edək ki, RİA Novosti bunu Çin səlahiyyətlisindən sitat gətirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə