KTMT: Ermənistan təşkilatın tamhüquqlu üzvü olaraq qalır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı təşkilatın tamhüquqlu üzvü hesab edir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə qurumun katibliyindən bildirilib.

Baş nazir Nikol Paşinyanın bəyanatları ilə əlaqədar olaraq təşkilat Ermənistanın KTMT-nin tamhüquqlu üzvü olduğunu

açıqlayıb.

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın müvafiq şərhinə diqqət edək: “Paşinyan KTMT-dən çıxdığımızı deməyib, nə vaxt çıxacağımıza qərar verəcəyimizi söyləyib”.

“Bu baxımdan, Ermənistanın KTMT tədbirlərində iştirakının nəzərəçarpacaq dərəcədə azalmasına baxmayaraq, ölkə təşkilatın

tamhüquqlu üzvü olaraq qalır”, - deyə katiblikdən qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə