Ukraynalıların Rusiyaya qanunsuz girişi dayandırılıb...

Moskva vilayətində ukraynalıların Rusiyaya daxil olması üçün qanunsuz kanal təşkil edən keçmiş baş həkimə hökm oxunub. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, özəl klinikanın baş direktoru və baş həkimi 1,5 il həbs və yüz min rubl məbləğində cərimə edilib.

Faktla bağlı “Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq miqrasiyanı təşkil etmə” maddəsi ilə cinayət işi başlanıb.

...RİA Novosti xəbər verir ki, hökm qanuni qüvvəyə minməyib və ona şikayət verilə bilər.

Təhlükəsizlik qüvvələrinin öyrəndiyi kimi, təqsirləndirilən şəxslər ukraynalıların və digər vətəndaşların Rusiya ərazisinə qanunsuz daxil olmamasını təşkil ediblər.

Onlar diaqnozu olmayan miqrantlara xəstəxana filiallarından birində müayinədən keçmək üçün arayış veriblər.

Oxşar şəkildə Rusiyaya 150-dən çox qeyri-qanuni miqrant gəlib. Qeyd edək ki, bunu Federal Təhlükəsizlik Xidmətinin Moskva və region üzrə İdarəsinin mətbuat xidməti bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə