Dağıstanda paraşütlə uçan dron görüntülənib

Dağıstanda paraşütlə uçan dron görüntülənib

Dağıstanın Kaspiysk şəhərində hadisə şahidləri paraşütlə enən pilotsuz uçuş aparatını (PUA) görüblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, şəhərin müxtəlif yerlərindən naməlum pilotsuz təyyarə görünüb. Bir anda cihaz paraşütü buraxıb. Səlahiyyətlilərdən məsələ ilə bağlı heç bir şərh və məlumatlar yoxdur.

İyunun 9-da Rusiya hava hücumundan müdafiə sistemləri ilk dəfə Şimali Osetiya ərazisi üzərində Ukraynaya məxsus pilotsuz təyyarəni məhv edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hücuma cəhd Moskva vaxtı ilə təxminən 8:40-da baş verib. Ukrayna Silahlı Qüvvələrinin təyyarə tipli pilotsuz uçuş aparatından istifadə etdiyi dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə