İraqın şimalında yerləşən İraq Kürd Regional Rəhbərliyinin Ərbil şəhərində neft emalı zavodunda yanğın baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yaxınlıqdakı yanğınsöndürmə bölmələri yanğının yanacaq çənlərinə keçməsinin qarşısını almaq üçün müdaxilə edib. Bildirilib ki, hələlik səbəbi məlum olmayan yanğın yanğınsöndürənlər tərəfindən böyük səy nəticəsində söndürülüb. Yanğında can itkisinin olmadığı, çox sayda yanacaq daşıyan maşının sürücülərinin canlarını qurtarmaq üçün hadisə yerini tərk etdiyi öyrənilib.
Yanğının səbəblərini öyrənmək üçün araşdırma başlansa da, Ərbil Mülki Müdafiə Müdirliyi hələlik yanğının səbəbi ilə bağlı açıqlama verməyib.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB