Tanınmış azərbaycanlı pianoçu-virtuoz Ankarada konsert verib

Tanınmış azərbaycanlı pianoçu-virtuoz Ankarada konsert verib

Azərbaycanın Əməkdar artisti, tanınmış pianoçu İslam Manafov Ankarada konsert verib. SİA xəbər verir ki, virtuoz CSO ADA Ankara zalının səhnəsində Bax, Prokofyev, Şopen, Musorqski və Qara Qarayevin, eləcə də digər dünya şöhrətli bəstəkarların əsərlərini ifa edib.

Azərbaycanlı pianoçunun çıxışı gurultulu alqışlarla qarşılanıb.

Manafovun növbəti konsertinin iyunun 13-də Eskişehirdə keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə