Hindistanda 4 yaşlı uşaqda quş qripi növü olan A (H9N2) quş qripinə yoluxma halı aşkarlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, fevral ayında reanimasiya şöbəsinə yerləşdirilən uşaq 3 ay sonra evə buraxılıb.
"Hindustan Times" qəzetinin məlumatına görə, bu hadisə Hindistanda H9N2 virusunun ilk dəfə 2019-cu ildə insanda aşkarlanmasından sonra ikinci hal kimi qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanın Qərbi Benqal əyalətində 4 yaşlı uşaqda quş qripi A (H9N2) xəstəliyinin aşkarlandığını təsdiqləyib. Ağır tənəffüs yoluxucu xəstəliklər, yüksək hərarət kimi şikayətlərlə fevral ayında reanimasiya şöbəsinə yerləşdirilən uşaq 3 aydan sonra evə buraxılıb. Uşağın evdə ev quşları ilə təmasda olduğu bildirilərkən, onun ailəsində və ya ətrafda tənəffüs yoluxucu xəstəlik əlamətləri göstərən başqa kimsənin olmadığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB