“ABŞ artıq dünya lideri deyil…”

Bunu “New York Times”-ın köşə yazarı iddia edir…
“ABŞ artıq dünya lideri deyil…”

...ABŞ prezidenti Cozef Baydenin bəzi uğurlarına baxmayaraq, amma Ukrayna münaqişəsi Vaşinqton üçün strateji uğursuzluğa çevrilib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “New York Times”-ın köşə yazarı Steven Bertxaim yazır.

Onun sözlərinə görə, ABŞ Soyuq Müharibədən sonra ilk dəfədir ki, dünya lideri kimi yox, koalisiya rəhbəri kimi görünür.

Belə ki, artıq o, yalnız özünün üstünlük verdiyi tərəfi müdafiə edir.

Deməli, Stevenin yazdığına görə, dörd illik Donald Tramp hakimiyyətindən sonra Cozef Baydenin ABŞ-ı dünya lideri mövqeyinə qaytaracağı gözlənilirdi.

..Və bir çox şərti Vaşinqton standartlarına görə, guya o, uğur qazanıb.

Belə ki, Bayden rus qoşunlarının Ukraynaya daxil olmasını qabaqcadan görürdü və NATO-nu Moskva ilə qarşı-qarşıya qoymağa çağırdı.

Asiyada o, köhnə ittifaqları gücləndirdi, yeni ittifaqlar yaratdı və Çinə qarşı iqtisadi küləkləri süpürdü, amma...

...Ukrayna münaqişəsi ABŞ üçün strateji uğursuzluq olub. İndi Birləşmiş Ştatlar “məyus və gözlənilməz nüvə gücü” ilə mübarizə aparmalıdır. Daha da pisi odur ki, Çin, İran və Şimali Koreya Moskvanın hərbi səylərini dəstəkləmək və ABŞ-ın qlobal hegemonluğu adlandırdıqları şeyə meydan oxumaq üçün yaxınlaşıblar.

Qeyd edək ki, bu amerikalı köşə yazarının gəldiyi qənaətdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə