Türkiyənin ikinci astronavtı kosmosdakı missiyasını başa vurub

Türkiyənin ikinci astronavtı kosmosdakı missiyasını başa vurub

Türkiyənin ikinci astronavtı Tuva Cihangir Atasevər kosmosdakı missiyasını başa vurub.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır və ilk türk astronavtı Alper Gezeravcının iştirakı ilə keçirilən mətbuat konfransında çıxış edən Tuva Cihangir Atasever üzərinə götürdüyü vəzifəyə görə çox xoşbəxt olduğunu dilə gətirib.

Atasevər deyib: ''Əldə etdiyim təcrübəni gənclərimizlə bölüşmək və onların atdığımız ilk addımlardan daha iddialı addımlar atmalarını təmin etmək üçün səbirsizlənirəm''.

Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır da öz növbəsində deyib:“Ölkəmizin kosmos sahəsində elmi tədqiqatlar aparmaq imkanlarını inkişaf etdirəcəyik və kosmosun təqdim etdiyi imkanlardan maksimum faydalanacağıq''.

Bütün xəbərlər Facebook səhifəmizdə