Ukrayna 9 giqavat enerji istehsal gücünü itirib…

Ukrayna 9 giqavat enerji istehsal gücünü itirib…

...Ukraynada 9 giqavat enerji istehsal gücü məhv edilib.

Qeyd edilir ki, bu, istilik enerjisi istehsalının 80 faizini və su elektrik enerjisi istehsalının üçdə birini təşkil edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu bəyanatla çərşənbə axşamı, iyunun 11-də Ukrayna prezidenti Vladimir Zelenski çıxış edib.

Zelenskinin sözlərinə görə, bu qədər enerji istehsalının itirilməsi Rusiya raketləri və dronlarının Ukraynanın enerji infrastruktur obyektlərinə hücumlarının nəticəsi olub.

Siyasətçi etiraf edib ki, Qərbin sponsorluğu olmadan Ukrayna növbəti istilik mövsümünə hazırlaşmaq üçün yaxın 3-4 ay ərzində zədələnmiş obyektləri bərpa edə bilməyəcək.

Bu arada “RİA Novosti” xəbər verir ki, bununla əlaqədar Zelenski Qərb donorlarını Avropadakı dayandırma stansiyalarında qalan enerji avadanlıqlarını Ukraynaya təhvil verməyə çağırıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya ordusunun enerji infrastrukturu obyektlərinə zərbələrinin qanuniliyi ilə bağlı sualı cavablandırarkən... “əlbəttə ki, konkret hallarda bunun hərbi infrastrukturla əlaqəsi var”-deyib.

Bu arada Ukrayna rəsmiləri bildiriblər ki, Rusiya Silahlı Qüvvələrinin zərbələri nəticəsində Ukraynanın enerji sektoruna dəyən ziyana görə ölkə “soyuq və qaranlıqda həyat” real perspektivi ilə üzləşib.

Ukraynada elektrik enerjisinin fövqəladə kəsilməsi artıq “yeni normal” adlandırılır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə