...Deməli, ABŞ Havana limanına gedən Rusiya hərbi gəmilərinə casusluq etmək üçün Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər göndərib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə məlumatlı Amerika rəsmiləri CBS News-a bildiriblər.
....Onların sözlərinə görə, ümumilikdə ABŞ Rusiya gəmilərinin hərəkətini izləmək üçün üç esmines, iki sonar avadanlığı yedəkləyən gəmi və bir sahil mühafizə gəmisindən istifadə edib.
Bəzi mənbələrdən əldə edilən məlumata görə, burada söhbət “Traxtan” və “Donald Cook” esmineslərindən gedir.
“The Moscow Times” yazır ki, onlara Kanada Kral Donanmasının freqatı “Ville de Quebec” də qoşulub.
…Bundan əlavə, analitiklərin fikrincə, Rusiya gəmilərinin hərəkətinə ABŞ Hərbi Dəniz Qüvvələrinin “Poseidon P-8” sualtı patrul təyyarəsi və Kanada Kral Hərbi Hava Qüvvələrinin SR-140 “Aurora” patrul təyyarəsi nəzarət edir. Yeri gəlmişkən, bir müddət bundan əvvəl Kuba hakimiyyəti iyunun 12-dən 17-dək Rusiya Hərbi Dəniz Qüvvələrinin dörd gəmisi – “Zirkon” hipersəs raketlərinin daşıyıcısı, “Admiral Qorşkov” freqatı, atom sualtı qayığı “Kazan”, neft tankeri "Akademik Paşin" və xilasedici "Nikolay Çiker"in Havana limanına səfər edəcəyini bildirmişdi.
Qeyd edək ki, bunların hamısı Rusiyanın Şimal Donanmasına aiddir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CBS telekanalına deyib ki, ABŞ-ın Rusiya gəmilərində nüvə silahının olması barədə məlumatı yoxdur. Məşqlər zamanı istifadə edilməsi də gözlənilmir. Bununla belə, o qeyd edib ki, Amerika kəşfiyyatının məlumatına görə, sualtı qayıqda nüvə qurğusu var.
Kuba Amerikanın Florida sahillərindən təxminən 150 km məsafədə yerləşir. Lakin Vaşinqton Moskvanın hərəkətlərini birbaşa təhdid kimi görmür. Pentaqon Kubanın 2013-2020-ci illər arasında müntəzəm olaraq Rusiya gəmilərini qəbul etdiyini bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB