Omsk vilayətində pilot vertolyotla bazarlığa gedib...

Omsk vilayətində pilot vertolyotla bazarlığa gedib...

Omsk Nəqliyyat Prokurorluğu bir nəfərin vertolyotla ərzaq məhsulları almaq üçün mağazaya uçmasından sonra ona qarşı araşdırmaya başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Deməli, bazar günü, iyunun 9-da qeyri-adi hadisə baş verib. Lakin bu, ictimaiyyətə yalnız sonrakı gün, iyunun 10-da məlum olub.

Beləliklə, məlum olub ki, bir nəfər rus pilot vertolyotdan düşüb, mağazadan ərzaq alaraq və yenidən nəqliyyata qayıdıb.

...Omsk Nəqliyyat Prokurorluğu uçuş təhlükəsizliyi qanunvericiliyinin icrası ilə bağlı yerində yoxlama təşkil edib. İlkin məlumatlara görə, helikopter aviasiya orqanlarının təsdiq etdiyi yerdən kənarda havaya qalxıb, pilot elektrik xətlərinə və digər obyektlərə təhlükəli yaxınlaşıb.

Amma buna baxmayaraq, pilot bazarlığını edə bilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə