Bu ölkədə prezident seçkiləri iyunun 14-də keçiriləcək

Bu ölkədə prezident seçkiləri iyunun 14-də keçiriləcək
Cənubi Afrikada növbəti prezidentin seçkiləri iyunun 14-də ölkə parlamentinin aşağı palatasının – Milli Assambleyanın yeni tərkibinin iclasında baş tutacaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Cənubi Afrikanın baş hakimi Raymond Zondo bildirib.

“Cənubi Afrikanın növbəti prezidenti cümə günü, iyunun 14-də Keyptaunda saat 10:00-da işinə başlayacaq Milli Assambleyanın ilk iclasında seçiləcək”, – o deyib.

“Afrika Milli Konqresi” (ANC) partiyası dövlət başçısı vəzifəsinə Cənubi Afrikanın hazırkı prezidenti və partiyanın lideri Siril Ramafosanın namizədliyini irəli sürüb. Ona 400 deputatdan ibarət olan palatada 201 səs toplamaq kifayətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com