Ukrayna Silahlı Qüvvələri Sumı vilayətinin Rıjevka kəndini döyüşsüz tərk ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna KİV-ləri Lenta.ru-ya istinadən yazır.
Qeyd edək ki, iyunun 9-da Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya hərbçilərinin Rıjevkanı işğal etdiyini bildirib. Bununla belə, ukraynalı jurnalistlər Rıjevkanı Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin olmadığı "boz zona"nın bir hissəsi adlandırırlar, lakin Rusiya təxribat və kəşfiyyat qrupları mütəmadi olaraq oraya baş çəkirmişlər.
...Ukrayna prezidenti Vladimir Zelenski, Ukrayna Silahlı Qüvvələrinin Sumı vilayətində vəziyyətə tam nəzarət etdiyini bildirib.
Onun sözlərinə görə, ruslar orada təbliğat əməliyyatı keçirməyə cəhd ediblər, lakin bu səhərə olan məlumata görə, kənddə Rusiya bayrağı dağıdılıb.
Bu arada, rus qoşunları Avdeyevski və Artemovski istiqamətlərində sürətlə hücumu inkişaf etdirir.
Hazırda ən isti ərazi Çasov Yardır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB