Ukrayna hərbçiləri yük maşını ilə Macarıstana keçiblər

Macarıstan sərhədçiləri tərəfindən 32 nəfər saxlanılıb
Ukrayna hərbçiləri yük maşını ilə Macarıstana keçiblər

Xeyli sayda ukraynalı yük maşını ilə Macarıstan sərhədini pozublar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə jurnalist Vitali Qlaqola Telegram kanalında yazıb.

O qeyd edib ki, 30 nəfər qara rəngli hərbi nömrəli “QAZ-66” markalı yük maşını ilə qonşu ölkəyə daxil olublar.

Deyilənə görə, fövqəladə hadisə iyunun 9-da baş verib. Sərhədçilər Kosino və Bolşaya Bıqan bölgələrində nəzarət zolağında avtomobilin izlərini aşkar ediblər.

Daha sonra Macarıstan ərazisində “QAZ-66” tapılıb. Kabində və arxada heç kim olmayıb.

Daha sonra macar sərhədçiləri məlumat veriblər ki, onlar sərhəd pozucularını Barabaş kəndinin sərhədində saxlayıblar. Sərhədi pozanlar 32 nəfər olublar.

Onların sonrakı taleyi barədə hələ ki, heç nə məlum deyil.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə