Almaniya OHB SE şirkətindən Silahlı Qüvvələri üçün 2,1 milyard avro dəyərində üç peyk almağı planlaşdırır. SİA-nın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən xəbər verib.
Onların sözlərinə görə, qanunvericilərin bu məsələ ilə bağlı iyunun 12-də səs verəcəyi gözlənilir. Parlamentarilər həmçinin müdafiəni gücləndirmək üçün təxminən 3 milyard avroya başa gələn iki F126 sinifli freqatın alınmasına icazə verə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə