...İndoneziyada kəndlərdən birində dörd uşaq anası, 45 yaşlı Fəridə itkin düşüb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, onun əri və tanışları, eləcə də polis əməkdaşları axtarış əməliyyatı təşkil ediblər.
Bir neçə saatdan sonra axtarış qrupu qadının əşyalarını tapıblar və daha sonra axtarışçılar qarnı şişmiş beş metrlik pitonla rastlaşıblar.
Yerli sakinlər pitonun qadını uda bilməsini ehtimal ediblər.
Və sürünəni öldürüb qarnına baxılması təklif olunub.
Belə ki, yarılmadan dərhal sonra Fəridənin başı görünüb.
İlanın qadını paltarı ilə birlikdə udduğu qeyd edilir.
...Faciə Kələmpanq kəndində baş verib.
O da əlavə edilik ki, adətən İndoneziya və Filippində rast gəlinən nəhəng pitonlar insanlara nadir hallarda hücum edirlər.
Onlar adətən kiçik heyvanları ovlayırlar. Ancaq buna baxmayaraq yenə də faciəli hadisələr baş verir və insanlar sürünənlərin qurbanına çevrilirlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB