“Ruslar noyabra qədər Kiyevdə ola bilərlər...”

Fransız general bunu Qərbin Ukraynaya yardımının gecikdirilməsi ilə əlaqələndirir...

...Noyabrda ABŞ-da prezident seçkiləri keçirilərkən rus qoşunları Kiyev yaxınlığında ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Fransa Hərbi Akademiyasının keçmiş direktoru general Vansen Deport deyir.

Belə ki, “France info”-ya verdiyi müsahibədə o, rusların qələbəyə daha yaxın olduğunu istisna etməyib.

Qeyd edək ki, fransız general bunu Qərb müttəfiqlərinin vəd etdiyi silahların çox gec gələ bilməsi ilə əlaqələndirib.

O, daha sonra vurğulayıb ki, Kiyev və onun müttəfiqləri silahların çatdırılması üçün “birgə plan” hazırlamalı və bunun üçün lazımi tədbirlər görməlidir.

Eyni zamanda, general, hazırda Rusiyanın qələbəyə çox yaxın olduğunu da gizlətməyib.

...Heç bir ciddi hərbi mütəxəssis Rusiyanın noyabra qədər Kiyevdə olmayacağını iddia edə bilməz.

Bunu deyən hərbi akademiyanın keçmiş rəhbəri hesab edir ki, Qərb "fəlakətə səbəb olan böhran idarəçiliyini dayandırmalıdır".

Onun fikrincə, real müdafiə strategiyasına keçmək və onun əsasında hərbi əməliyyatlar qurmaq lazımdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə