Çeçenistanda Putin adına muzdlu əsgər hazırlanması bazası...

Ukraynaya qarşı müharibə üçün muzdlu əsgərlər hazırlayan Qudermesdəki “Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti”nin adına rəsmi olaraq Rusiya prezidenti Vladimir Putinin adı əlavə edilib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə hələ fevral ayında Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat vermişdi, lakin indi təşkilat sənədlərdə adını dəyişib.

Hüquqi şəxslərin vahid dövlət reyestrindən çıxarışa əsasən, strukturun tam adı belə dəyişib: Əlavə peşə təhsili ANO “Ali Baş Komandan, Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti...”

Nəzərinizə çatdıraq ki, “Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti” Çeçenistan Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılıb və heç bir hüquq-mühafizə orqanlarına tabe deyil.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə