...Almaniya ehtiyatda olan əsgərlərin sayını 60 min nəfərə çatdırmağı planlaşdırır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə? bu barədə Bundesverin (Almaniya Silahlı Qüvvələri) baş müfəttişinin müavini Aleksandr Hoppe bildirib/
O qeyd edib ki, Almaniya ehtiyatı mövcud təhlükəsizlik siyasəti çağırışlarına uyğunlaşdırmağı planlaşdırır.
Ehtiyatda olanlar həm kişilər, həm də qadınlar olacaq.
Onlar soyuq müharibə dövründə olduğu kimi təlim keçəcəklər.
Bundan əlavə onlar döyüşdə mövcud qoşunları gücləndirməli və ya əvəz etməli olacaqlar.
İndiyə qədər Almaniya Müdafiə Nazirliyində əsas ixtisaslara malik cəmi 44 min ehtiyatda olan əsgər var.
Eyni zamanda, şöbə hazırda zəruri müdafiə zamanı nə qədər vətəndaşın hərbi xidmətə çağırıla və xidmətə yararlı ola biləcəyini də öyrənir.
Müxtəlif hesablamalara görə, onların sayı 800 minə yaxın ola bilər.
Yeri gəlmişkən, bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius 2011-ci ildə Almaniyada icbari xidmətin ləğvinin səhv olduğunu bildirmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB