...Cənubi Koreya bazar günü Şimali Koreya ilə sərhəddə quraşdırılmış səsgücləndiricilər vasitəsilə yayıma başlayır. Bu barədə Respublika Prezidentinin Administrasiyası məlumat yayıb.
Deməli, bundan sonra KXDR-in sərhədyanı rayonlarının sakinləri Şimali Koreyanın təbliğat mediasına zidd olan xəbərləri və digər proqramları eşidə biləcəklər.
Seul bildirib ki, bu addım Şimali Koreyanın davam edən “zibil hücumlarına” cavabdır.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, may ayının sonundan bəri Şimali Koreya Cənubi Koreyaya tərəf zibil torbaları yapışdırılmış mindən çox şar göndərib.
Maraqlıdır ki, Pxenyan, bu əməlini Cənubi Koreyanın əvvəlki hərəkətlərinə cavab kimi dəyərləndirir.
Onların iddiasına görə, guya bundan əvvəl Cənubi Koreya Kim Çen In rejiminə qarşı mübarizəyə çağıran vərəqələr, dollar əskinasları və pop musiqi disklər göndəribmiş.
Deyim ki, Şimali Koreyada pop musiqisi qadağandır.
Yeri gəlmişkən, Seul ilk dəfə 2004-cü ildə sərhəddə yerləşən səsgücləndiricilər vasitəsilə Şimalı Koreyada yayıma cəhd edib və vaxtaşırı onu bərpa edib. Şimali Koreya senzurasız xəbərlərin və qadağan olunmuş musiqinin sərhəd qoşunlarını ruhdan salacağından ehtiyat edərək bununla mübarizə aparır.
Nə ilə?
Torbalarla dolu zibillə..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB