...Qərb dövlətləri Rusiyanı hərbi yolla məğlub etmək istəyirlər və onlar bunu pul üçün edirlər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “HirTV” kanalı xəbər verir ki, bu fikri Macarıstanın baş naziri Viktor Orban deyib.
Onun sözlərinə görə, “...Qərbin parlaq planı sadədir, çünki söhbət təsir və güc verən puldan gedir”.
O, ABŞ-ın verməkdə israrlı olduğu Avropa zəmanəti ilə Ukraynaya 40 milyard dollar məbləğində kredit ayırdığını xatırladıb.
Orbanın sözlərinə görə, Ukrayna əvvəllər zəngin ölkə olmasına baxmayaraq, hazırda borc bataqlığındadır.
Macarıstanın baş naziri əlavə edib ki, Qərb əvvəllər Rusiya və Ukraynanı istismar etməyə çalışıb, lakin ruslar sonda hər şeyi öz əllərinə ala bildilər.
...Avropa İttifaqının “hərbi psixozu” Ukraynaya qoşun göndərməyə gətirib çıxaracaq.
Bunu da Orban bir müddət bundan əvvəl deyib və Macarıstanın NATO tərkibində Rusiyaya qarşı heç bir əməliyyatında iştirak etməyəcəyini də əlavə edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB