Cənubi Koreya Prezidenti Yun Sok Yol iyunun 10-da Mərkəzi Asiyanın 3 ölkəsinə dövlət səfərinə yola düşəcək.
SİA Cənubu Koreya Prezidentinin Ofisinə istinadla xəbər verir ki, dövlət başçısı Yun Sok Yol və xanımı Kim Qon Hi Türkmənistan, Qazaxıstan və Özbəkistanda olacaqlar.
Cənubi Koreya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Kim Te-hyo bildirib ki, iyunun 15-dək davam edəcək səfər zamanı Cənubi Koreyanın sözügedən ölkələrlə əməkdaşlığının inkişafına dair müzakirələr aparılacaq.
“Qədim İpək yolunun mərkəzi olan Orta Asiya Avropa ilə Asiyanı birləşdirən strateji nöqtədir”, -deyən Cənubi Koreya rəsmisi əlavə edib ki, Ukraynadakı müharibə və Yaxın Şərqdəki münaqişə kimi amillər səbəbindən qlobal böhran yayıldıqca regionun strateji əhəmiyyəti daha da artır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB