Fransalı siyasətçi, Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Fransa prezidenti Emmanual Makronun Ukrayna ərazisinə hərbi təlimatçılar göndərməyə hazır olan ölkələrin koalisiyasının yaradılması ilə bağlı sözlərini tənqid edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Filippo “X sosial” şəbəkəsində yazıb.
Siyasətçi hesab edir ki, Avropa İttifaqı və NATO üçüncü dünya müharibəsinə doğru tələsirlər.
Filippot, münaqişənin eskalasiyasını dayandırmağa və sülhü seçməyə çağırır.
...Biz artıq bir neçə aydır ki, həyəcan təbili çalırıq.
Bunu da fransız siyasətçi bildirib.
Xatırladaq ki, bundan əvvəl Makron bildirib ki, yaxın günlərdə Ukraynaya hərbi təlimatçıların göndərilməsi üçün ölkələrin koalisiyasının yaradılması başa çatacaq.
Bu arada Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Makronun Ukraynadakı münaqişədə birbaşa iştirak etməyə hazır olması barədə sözləri təxribat xarakterlidir və vəziyyəti gərginləşdirir. O, həmçinin vurğulayıb ki, Fransa lideri Ukraynaya “mütləq dəstək” nümayiş etdirir, hətta münaqişəyə qarışmağa hazır olduğunu deməyə qədər gedib çıxır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB