Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukraynaya məxsus pilotsuz təyyarəni vurublar.
SİA bu barədə rus saytlarına istinad edir.
Beləliklə, bildirilir ki, Moskva vaxtı ilə saat 15:40 radələrində Kiyevin Rusiya ərazisindəki obyektlərdə təyyarə tipli pilotsuz uçuş aparatından istifadə etməklə növbəti terror aktı törətmək cəhdinin qarşısı alınıb.
Bundan əvvəl Rusiya ordusunun hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinin daha bir təyyarə tipli pilotsuz təyyarəsini vurub.
Bunu da rus saytları yazır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB