Hazır olun...indi də bu gəlir, yoxsa, necə deyərlər... Əllahu əkbər?
... “COVİD” pandemiyasından sonra yeni bir “X xəstəliyi” yalnız zaman məsələsidir, dünya buna hazırlaşmalıdır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu TASS-a müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı ofisinin rəhbəri Batır Berdıklıçev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində deyib.
...Deməli, həmişə eşitdiyimiz... dünyada öz xassələrini dəyişmək, mutasiya etmək qabiliyyətinə malik çoxlu sayda virus və bakteriya olduğunu deyən Batırın sözlərinə görə, “gəlməyə hazırlaşan” “X xəstəliyi”nin nə vaxt və harada olacağını proqnozlaşdırmaq çox çətindir və demək olar ki, qeyri-mümkündür”.
Ancaq dünyanın alimləri, epidemioloqlar, ekspertlər bunun çox real təhlükə olduğu ilə razılaşırlar. (...deyirəm, yəqin “COVİD-19” dövründə yığdıqlarıyəqin tükənmək üzrədir..? –A.B.)
Yenə də Batırın sözlərinə görə, belə təhlükəyə hazırlıq epidemioloji nəzarəti əhatə edir: virusun xassələrinin təhlili, onun orqanizmlə qarşılıqlı əlaqəsi, immun sisteminin bu cür virus infeksiyasına necə reaksiya verməyə hazır olması və s. və ilaxır...
ÜST nümayəndəsi onu da qeyd edib ki, “X xəstəliyi” adlandırılan mövzu bu gün həm mediada, həm də mütəxəssislər - səhiyyə təşkilatçıları və epidemioloqlar arasında çox geniş müzakirə olunur.
Deyim ki, əvvəlki pandemiyadan dərs almağa çağıran Ümumdünya Səhiyyə Təşkilatı səlahiyyətlisi, bu dəfə oxşar vəziyyətlərə daha yaxşı hazır olmağı tövsiyə edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB