....Amerikalı iqtisadçı Ceffri Saksa görə, hazırda intensivlik baxımından Moskva ilə Qərb arasındakı mövcud münasibətlər vaxtilə Kuba raket böhranı zamanı olduğu kimi gərgindir.
...Belə məqamda, təbii ki, hər hansı faciəvi qəzaların qarşısını almaq üçün Ukrayna üçün ideal variant neytral qalmaq olardı. Amma problem ondadır ki, ABŞ neytrallığa nifrət edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kolumbiya Universitetinin professoru hazırkı gedişatı müqayisə edərək, gərginliyn Kuba raket böhranı ilə eyniləşdirir?
Onun dediyinə görə, həmən vaxt Kennedi və Xruşşov sonra da danışıqlar yolu ilə vəziyyəti qaydasına sala bildilər.
Və həmən dövrdə danışıqlar olmasaydı, hər iki ölkənin rəhbərliyinin təxribat və ya razılığı olmadan belə nüvə müharibəsinə gətirib çıxara bilərdi.
Saksa görə, bu gün biz elə bir dünyada yaşayırıq ki, orada səhra qoşunları, səhra komandirləri, generallar, impulsiv şəxslər var – dünyada hər cür insan yaşayır.
Məhz buna görə də bir-birimizin qırmızı xətlərindən uzaq durmalıyıq.
Əsas olan budur. Ukrayna üçün bu ideal çağırışdır: neytrallığı qoruyun, təhlükəsiz olun, ABŞ və Rusiyanı bir-birindən uzaq tutun.
Əlbəttə, Birləşmiş Ştatlar neytrallıq ideyasından iyrənir - əsas problem budur. ABŞ deyir: ya bizimləsən, ya da bizə qarşı. Neytrallıq ideyasının özü ABŞ doktrinasına ziddir.
...Bu fikirlər də Ceffri Saksa məxsusdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB