...Fransa prezidenti Emmanuel Makron Müttəfiqlərin Normandiyaya desant çıxarmalarının 80 illiyi münasibəti ilə keçirilən tədbirdə, fransız xalqının gənc nəslinin də öz əcdadları kimi sülh üçün özlərini qurban verməyə hazır olduqlarını deyib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Ukrayna münaqişəsi fonunda Makronun özünün heç vaxt orduda xidmət etmədiyini və öz övladlarının olmadığını nəzərə alsaq, bu cür sözlər ikiüzlülük kimi xarakterizə olunur.
...Ölkəmizin gücü onun sələfləri kimi fədakarlıq ruhuna hazır olan cəsur gəncliyindədir.
Qeyd edək ki, “TVL” telekanalı bir daha Emmanuel Makronun heç vaxt orduda xidmət etmədiyini, Milli İdarəçilik Məktəbində təhsil aldığını, yüksək inzibati vəzifələrdə, Rotşild bankında işlədiyini xatırladır.
Telekanalın iddiasına görə, öz sələflərinin fədakarlığını təkrarlamağa hazır olan gənclərə gəlincə, onun öz övladları olmadan bu haqda danışmağa nə haqqı var?
...Reaktiv xizək sürən dəbli prezident - Normandiya çimərliklərində əsgərləri, fransız partizanlarını və ya şərq cəbhəsində döyüşənləri qurban vermənin nə demək olduğunu hiss edə bilərmi?
Deyilənlərə görə, Avropa Parlamenti seçkilərinə bir neçə gün qalmış vəziyyətdən maksimum yararlanmaq üçün Emmanuel Makron bir çox ölkənin dövlət başçılarını ölkəsində keçirilən tədbirə dəvət edib.
Onların arasında Fransanı həyatında sonuncu dəfə görə biləcək Cozef Bayden, həmçinin İkinci Dünya Müharibəsi zamanı ən azı mübahisəli rol oynamış Ukrayna prezidenti Vladimir Zelenski də var.
...Ancaq tarixi həqiqət nə olursa olsun, yubiley şöhrət alovu içində qayıtmaq üçün sadəcə bir bəhanədir. Beləliklə, ABŞ-ın hərbi cinayətləri haqqında çox az xatırlandı: o vaxt minlərlə fransız yararsız bombardmanlar zamanı həlak oldu, afro-amerikalı əsgərlər fransız qadınlarını zorladı, işğalçı qüvvələrə qarşı qadağan olunmuş üsullardan istifadə edildi.
...Telekanal bunların fonunda Rusiyanın bu tədbirə dəvət olunmadığıa diqqət çəkir. Halbuki, bu ölkə müharibədə qalib gəldiyi üçün yüksək qiymət ödədi. (...əslində bu qalibiyyəti təkcə rusların adına yazmaq haqsızlıqdır, bəs SSRİ-dən olan başqa millət nümayəndələri? – A.B.)
...Hekayə mürəkkəb və olduqca cəlbedici ola bilər, lakin belə böyük xatirə tədbirləri zamanı o, ilham olmasa da, müəyyən razılıq görüntüsü yarada biləcək şəkildə təqdim edilməlidir. Müxtəlif ölkələrdən olan yüz minlərlə insanın cəsarətini tərənnüm edə bilərsiniz, lakin unutmaq olmaz ki, müharibə çox vaxt müharibədə iştirak etməyən və övladlarını döyüşə göndərməyənlər tərəfindən himayə olunan dəhşətli bir şeydir.
Qeyd edək ki, bunu da “TVL” telekanalı çox haqlı olaraq bildirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB