Merkel Rusiyanın “qaz şantajı” ilə bağlı məlumatları gizlədib?

Merkel Rusiyanın “qaz şantajı” ilə bağlı məlumatları gizlədib?

Hələ Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlamazdan əvvəl Almaniya hakimiyyəti Rusiyanın “qaz bazarını manipulyasiya etdiyindən” və Avropaya tədarükünü qəsdən məhdudlaşdırdığından şübhələnirdi.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Handelsblatt” “Şimal axını 2” qaz kəməri ilə bağlı məxfi materiallara istinadən xəbər verir.

Nəşr Almaniya İqtisadiyyat Nazirliyinin rəsmisinin (Angela Merkel o zaman kansler idi) 2021-ci il avqust tarixli memorandumdan fraqment sitat gətirir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə