Moskva İrəvandan...siyahı gözləyir?

Moskva İrəvandan...siyahı gözləyir?

Moskva İrəvandan Buçada öldürüldüyü iddia edilən ukraynalıların siyahısını gözləyir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu kuluarlarında deyib.

Bir neçə ildir ki, Rusiya Buçada günahsız insanların həlak olmasında onun günahının olmadığını bəyan edir. Ona görə də Rusiya hələ də öldürüldüyü iddia edilənlərin siyahısını gözləyir.

...Avropa İttifaqı, ABŞ və Kanadanın sonsuz nümayəndə heyətlərinin bu şəhəri necə ziyarət etdiyini gördük. İndi onlarla heç bir şəkildə ünsiyyət qurmuruq, onlardan yaxşı və ya konstruktiv bir şey gözləyə bilmərik. Amma biz erməni tərəfi ilə müntəzəm əlaqə saxlayırıq.

Zaxarova vurğulayıb.

Xarici İşlər Nazirliyinin nümayəndəsi həmçinin qeyd edib ki, BMT Rusiya Federasiyasının Buçada ehtimal olunan qurbanlar barədə məlumat vermək üçün dəfələrlə etdiyi müraciətlərə məhəl qoymayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə