Bu ölkələr Rusiyaya avtomobillərin idxalına qoyulan qadağaya qarşıdır...
...Berlin və Paris Avropa Birliyinin Rusiyaya dəbdəbəli malların idxalını məhdudlaşdırmaq səylərinə qarşıdır. “Politico” qəzeti yazır ki, söhbət xüsusən də avtomobillərdən gedir.
Avropa rəsmisi nəşrə aydınlıq gətirib ki, Almaniya Avropa İttifaqının yüksək qiymət seqmentində olan malların Belarus vasitəsilə Rusiya Federasiyasına daxil olmasına imkan verən “boşluğu bağlamaq” səylərinə qarşıdır.
Qəzetin üç həmsöhbətinin sözlərinə görə, Fransa da bunu dəstəkləyir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hazırda Avropa İttifaqı Belarusa qarşı analoji məhdudiyyətləri Rusiya Federasiyasına qarşı 14-cü sanksiyalar paketindən ayırmaq imkanını nəzərdən keçirir.
Yeri gəlmişkən, bundan əvvəl Rusiyada yük daşımalarının təmiri üçün bir sıra ehtiyat hissələrinin çatışmazlığı barədə məlumat yayılmışdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB