Ukraynada istilik elektrik stansiyalarının 70 faizdən çoxu sıradan çıxıb

Ukraynada istilik elektrik stansiyalarının 70 faizdən çoxu sıradan çıxıb

Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, Ukraynada istilik elektrik stansiyalarının 70 faizdən çoxu sıradan çıxıb. ...Əslində 42 enerji bloku məhv edilib, iri istilik elektrik stansiyalarının 27 faizi faktiki olaraq işlək vəziyyətdə qalıb, 73 faizi xarab olub və ya dağılıb deyə, bu gün işləmir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, RİA Novosti onun sözlərinə istinadən bildirir.

Yeri gəlmişkən, Şmıqal daha əvvəl bildirmişdi ki, elektrik enerjisinə qənaət gələcək illər ərzində ölkə vətəndaşlarının gündəlik həyatının bir hissəsinə çevriləcək.

İyunun 4-də Ukraynada telemarafon zamanı qəfildən studiyada işıqlar sönüb.

Buna görə də, aparıcılar planşetlərinin işığında söhbəti bitirməli olublar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə