Yük avtomobili mikroavtobusa çırpılıb - 8 nəfər yaralanıb

Yük avtomobili mikroavtobusa çırpılıb - 8 nəfər yaralanıb

Türkiyənin Bursa şəhərinin Nilüfər rayonunda yük avtomobili və mikroavtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində səkkiz nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

“Bursada işıqforun tələbini pozan yük avtomobili dönən xidməti mikroavtobusa çırpılıb. İşçiləri daşıyan mikroavtobusda altı nəfər və yük maşınında olan iki nəfər olmaqla cəmi səkkiz nəfər yaralanıb”, – agentlik nəql edib.

Olay yerinə çox sayda təcili tibbi yardım briqadaları, xilasedicilər və polis əməkdaşları cəlb olunub. Nəqliyyat vasitələrində sıxışıb qalan yaralılar xilas edilərək tibbi işçilərinə təhvil verilib. Yaralılar ilkin müdaxilədən sonra yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə