“Kiyev danışıqlar prosesi üçün bütün qapıları bağlayıb...”

“Kiyev danışıqlar prosesi üçün bütün qapıları bağlayıb...”

...Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kiyev danışıqlar prosesi üçün bütün qapıları bağlayıb. ...Əgər Kiyevlə ciddi söhbətiniz varsa və siyasi və diplomatik həll yollarına nail olmağa çalışırsınızsa, o zaman sual yaranır: kiminlə ciddi danışmalısınız?

SİA-nın əldə etdiyi məlumata görə, Pekov bunu "İzvestiya"ya müsahibəsində bildirib.

Peskovun sözlərinə görə, Kiyev rejimi danışıqlar prosesi üçün bütün qapıları bağlamaqda davam edir.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlara açıqdır, lakin bu, barışıq deyil, sülh danışıqları olmalıdır.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə bildirib ki, Ukrayna münaqişəsinə son qoymağın ən effektiv yolu Kiyevə silah verilməsini dayandırmaqdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə