...Son illərdə Rusiya iqtisadiyyatının inkişaf vektorunu dəyişməyə nail olub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, indi əsas xammal ixracı deyil, istehsaldır.
Kreml nümayəndəsi iqtisadi inkişafın mahiyyətinin dəyişdirilməsinin vacibliyini vurğulayıb.
Peskov “İzvestiya” nəşrinə verdiyi müsahibəsində deyib ki, ölkə neft sənayesi vasitəsilə deyil, istehsal, emal, xidmətlər vasitəsilə inkişaf edir.
Prezidentin mətbuat katibi bildirib ki, buna baxmayaraq hazırda neft-qaz sektoru büdcənin əsas sütunlarından biri olaraq qalmaqdadır. Amma əsas odur ki, iqtisadi inkişafın xarakteri dəyişib.
...Ehtiyatlı nikbinliyə əsas var və bu tendensiyanın davam edəcəyinə ümidlər çoxdur.
Bunu da Peskov bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB