...srailin şimalındakı Kiryat Şmona şəhəri yaxınlığındakı ticarət mərkəzinin binası pilotsuz təyyarənin partlaması nəticəsində zədələnib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Ynet” portalı yayıb.
Portalın yazdığına görə, hadisə nəticəsində ölən olmayıb.
...Öz növbəsində, İsrail polisinin mətbuat xidməti məlumat verib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda Livanla sərhəddən bir neçə kilometr aralıda yerləşən Kiryat Şmona bölgəsində mərminin vurulduğu yerdə işləyirlər. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hələ ki, itkilər barədə məlumat yoxdur, lakin maddi ziyan qeydə alınıb. Polisin mətbuat xidmətinin məlumatına görə, hazırda təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alır və cihazın qalıqlarını axtarırlar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB