...Fransa prezidenti Emmanuel Makron Ukraynada əsgərlərdən ibarət “Fransız briqadası” yaratmaq istədiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, “Le Figaro” xəbər verir ki, o, bu barədə cümə axşamı, iyunun 6-da bildirib.
Fransız prezidentin sözlərinə görə, vəzifə 4500 Ukrayna əsgərinə təlim keçmək, onları təchiz etmək, onlara öz torpaqlarını müdafiə etməyi öyrətmək və... “Fransız briqadası” yaratmaqdır.
...Amma hələ ki, Fransa əsgərlərinin Ukraynaya göndərilməsindən söhbət getmir.
...Ukrayna prezidenti Vladimir Zelenski və müdafiə naziri Rüstəm Umerov bütün müttəfiqləri təlim alan ukraynalı əsgərləri daha sürətli yetişdirməyə çağırıb. Biz özümüzdən soruşmalıyıq ki, bu, eskalasiya üçün amildirmi? Cavab, təbii ki, xeyrdir.
Makron bildirib bunu.
Xatırladaq ki, bir müddət bundan əvvəl Fransa prezidenti Emmanuel Makron ölkəsinin Ukraynaya “Mirage 2000” təyyarəsi göndərəcəyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB