Peskov Zelenskinin taleyinin çətin olacağını proqnozlaşdırıb

O, öz vətəndaşlarının düşməninə çevriləcək..?
Peskov Zelenskinin taleyinin çətin olacağını proqnozlaşdırıb

...Səfərbərlik üçün yaş həddinin aşağı salınması kimi islahatlardan sonra Ukrayna prezidentinin bu dünyada yaşaması çox çətin olacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Zelenski öz xalqının düşməninə çevriləcək.

Kreml nümayəndəsinin fikrincə, səfərbərlik üçün daha gənc yaşın tətbiqi Ukrayna cəmiyyətində daha böyük mənfilik dalğasına səbəb olacaq.

Peskov “İzvestiya”ya müsahibəsində qeyd edib ki, Zelenski oğullarını itirəcək bir çox anaların da düşməninə çevriləcək.

...Kreml də hesab edir ki, Qərb Zelenskini tezliklə vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir.

Niyə?

Ona görə ki, Ukrayna prezidenti “çirkli iş” etməli olacaq - xüsusən də 18 yaşından etibarən səfərbərlik haqqında eyni qanunu və digər qeyri-populyar qərarları qəbul etməli olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə