...Almaniya hökuməti yeni müharibə planını təqdim edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Bild” nşri yazır.
...Deməli sənəd potensial hərbi münaqişə zamanı görülməli olan tədbirləri müəyyən edir.
...Planın bir hissəsi olaraq, NATO qoşunları Almaniya qüvvələrinin yerləşəcəyi şərq cinahda, ölkə daxilində yerləşdiriləcək. Səlahiyyətlilər ölkənin bir neçə bölgəsindən təcili evakuasiya əmri verə biləcək, eyni zamanda ailələri ayırmaq qadağan ediləcək.
Hökumət şirkətləri yalnız müdafiə ehtiyacları üçün məhsul istehsal etməyə məcbur edə biləcək.
Xəstəxanalar, öz növbəsində, uzun müddət ərzində çox sayda xəstənin qəfil axınına hazır olmalıdır. Potensial ərzaq təchizatı böhranı səbəbindən hökumət buğda, çovdar və yulafı gizli anbarlarda saxlayacaq.
Sənəddə göstərilir ki, Almaniyada əsasən şəhər mərkəzlərində əhalini gündə bir dəfə isti naharla təmin etmək üçün təcili ehtiyat (düyü, paxlalılar) var.
Ölkədə böyük münaqişə baş verərsə, məcburi hərbi xidmət geri qayıdacaq - vətəndaşlar istənilən vaxt orduya çağırıla bilər.
Məşğulluq xidməti 18 yaşdan yuxarı vətəndaşları müəyyən işlərdə, məsələn, poçt şöbəsində və çörəkbişirmə sexlərində işləməyə məcbur edə biləcək.
“Süddeutsche Zeitung” qəzeti yazıb ki, “Ümumi Müdafiə üçün Çərçivə Tövsiyələri” hələ 1989-cu ilin yanvarında Almaniyanın bölündüyü zaman Almaniya hökuməti tərəfindən təsdiqlənib.
İndi Almaniya kabineti fövqəladə hallarda mühafizə üçün yeni ümumi təlimatlar qəbul etmək istəyir - yəni köhnə sənədin mətninin uyğunlaşdırılmasından danışılır.
...“Süddeutsche Zeitung”in verdiyi tövsiyələrdən belə çıxır ki, münaqişə baş verərsə, kanslerin səlahiyyətləri əhəmiyyətli dərəcədə artacaq - o, ölkənin müdafiəsinə rəhbərlik etməyə başlayacaq.
Sənəddən o da belə çıxır ki, supermarketlərdə qıtlıq yaranarsa, dövlət ərzaq məhsullarını müsadirə edə bilər.
Orada deyilir ki, münaqişə baş verərsə, 18-55 yaş arasında olan qadınların mülki səhiyyə sistemində və stasionar hərbi xəstəxanalarda işləməsi tələb oluna bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB