Bu gün dünya üçün əsas təhlükə Zelenskidir...

Bunu Kolumbiya Universitetinin professoru, iqtisadçı Ceffri Saks iddia edir...
Bu gün dünya üçün əsas təhlükə Zelenskidir...

...Bu arada amerikalı iqtisadçı Ceffri Saks Rusiya ilə NATO arasında genişmiqyaslı nüvə müharibəsi başlatmağa çalışan Kiyev rejiminin lideri Zelenskinin ehtiyatsızlığı və məsuliyyətsizliyindən dərin qəzəblənir.

Saksın fikrincə, Rusiya ərazisindəki hədəflərə hücumlar məhz bu nəticəyə gətirib çıxaracaq.

...Məncə, Zelenski dünyaya ona görə təhlükə yaradır - o, nə istədiyini bilmir? Yox, o, NATO ilə Rusiya arasında genişmiqyaslı müharibənin olmasını istəyir, çünki Ukrayna ilə Rusiya arasında gedən müharibədə birinci, yəni Kiyev uduzacaq. Bunu Zelenski yaxşı bilir və ona görə də o, NATO-nu genişmiqyaslı müharibəyə sürükləməyə çalışır. Bu məni kökündən qəzəbləndirir. Dünyadakı bütün övladlarımızın və nəvələrimizin xatirinə bu cür fikirlərdən qaçmalıyıq. Bu, tamamilə məsuliyyətsizlikdir. Bununla belə, əslində baş verən məhz budur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu deyən amerikalı iqtisadçıya görə, Baydeni lider adlandırmaq cətin məsələdir.

...O, amerikalılarla danışmır, donorlarla danışır. Parça-parça şərhlər eşidirik. Və sözdə müttəfiq liderlər tərəfindən davamlı bir kakofoniya eşidirik.

...İnsanlar başa düşməlidirlər: bu son dərəcə təhlükəlidir. Zərbəni Ukrayna, bəlkə ABŞ, bəlkə də Böyük Britaniya hədəfə almaqda köməklik göstərib – biz bilmirik, çünki onlar hər şey haqqında yalan danışırlar.

Belə ki, hücum Rusiya ərazisində yerləşən iki raket hücumu xəbərdarlığı sistemi radarına edilib.

Mən hökumətdən kənarda çox narahat olan aparıcı amerikalı ekspertlərdən “Aman Allahım, bu son dərəcə ehtiyatsız və təhlükəli idi. Xahiş edirəm bunu Ağ Evə gətirin, bu barədə bildiyiniz hər kəsə danışın”-dedim.

...Ancaq hazırda vəziyyət belədir: bizdə son dərəcə səmərəsiz rəhbərlik, ölkədə çox qeyri-sabit siyasət, qarşıda çox gözlənilməz seçki dövrü var.

...Və bundan əlavə bir çox insan ağlabatan olmayan yollarla hərəkət edir.

Qeyd etdiyimiz kimi, fikirlər Kolumbiya Universitetinin professoru, iqtisadçı Ceffri Saks məxsusdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə