“Ukrayna Amerika silahları ilə Kremlə hücum etməyəcək...”

“Ukrayna Amerika silahları ilə Kremlə hücum etməyəcək...”

ABŞ Kiyevə belə icazə vermədiyi üçün Ukraynaya tədarük edilən Amerika silahları Moskvaya və ya ümumiyyətlə Rusiya ərazisinin dərinliklərinə hücumlar üçün istifadə edilməyəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ABŞ prezidenti Cozef Bayden ABC News-a müsahibəsində deyib.

Müsahibə bu gün Fransada, İkinci Dünya Müharibəsi zamanı Müttəfiqlərin desantının ildönümü ilə əlaqədar Normandiyada keçirilən tədbirlər zamanı qeydə alınıb.

Bayden, bir çox dünya liderləri kimi, qeyd etmələrdə iştirak edir.

Müxbir Baydendən Ukrayna ordusunun Rusiyaya zərbələr endirmək üçün artıq Amerika silahlarından istifadə edib-etmədiyini soruşub, çünki ABŞ-ın bu cür zərbələrə dair bəzi məhdudiyyətləri aradan qaldırdığı ötən həftə məlum olub. Açıq mənbələrdən alınan məlumata görə, yəqin ki, bu cür hücumlar artıq həyata keçirilib.

Bayden birbaşa cavab verməyib, ancaq vurğulayıb ki, bu silahlar “Moskva və Kremlə” və “Rusiya ərazisinin 200 mil dərinliyinə” zərbələr endirmək üçün istifadə edilməyəcək.

Baydenin sözlərinə görə, Ukrayna hərbçilərinin Amerika silahlarından “sərhəd yaxınlığında” istifadə etmək hüququ var, çünki Rusiya hərbçilərinin də “Ukraynada müəyyən hədəflərə hücum etmək” üçün sərhəd yaxınlığında öz qüvvələri var.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə