...Federal Məhkəmə İcraçıları Xidməti Four Seasons Hotel Moscow və Fashion Season alış-veriş qalereyasını dövlətə verir.
SİA-nın əldə etdiyi məlumata görə, TASS bu barədə Rusiyanın Federal Məhkəmə İcraçıları Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd edək ki, hər iki obyekt “Yuqra” Bankın keçmiş ortaq sahibi Aleksey Xotinə məxsus olub.
Bundan əvvəl o, mənimsəmə ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
…Federal Məhkəmə İcraçıları Xidməti Xotinin əmlakını dövlətə təhvil vermək üçün məhkəmə qərarının məcburi icrasını həyata keçirir.
Bu, Federal Məhkəmə İcraçıları Xidmətindən bildirilib.
…Xatırladaq ki, martın 4-də Moskvanın Zamoskvoretski məhkəməsi Xotini 23 milyard rubldan çox mənimsəmə ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə həmçinin Əmanətlərin Sığortalanması Agentliyinin iddialarını təmin edib və iş üzrə cavabdehlərdən daha 17 milyard rubl geri alıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə