Moskvada fransız “şpion” tutulub...

Moskvada fransız “şpion” tutulub...

Moskvada polis Fransa vətəndaşını Rusiya hərbi məlumatlarını toplamaqda şübhəli bilinərək saxlayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə (Rusiya Federasiyasının hərbi, hərbi-texniki fəaliyyəti sahəsində məlumat toplayan şəxs tərəfindən xarici agentlərin reyestrinə daxil edilməsi üçün sənədlərin təqdim edilməsi öhdəliyinin yerinə yetirilməməsi) cinayət işi başlanıb.

Fransız “şpion”u 5 ilə qədər həbs gözləyir.

İstintaq Komitəsinin yaydığı videoda təhlükəsizlik qüvvələri şübhəli şəxsi kafedə saxlayır.

Müstəntiqlər hesab edirlər ki, o, bir neçə il Rusiya Silahlı Qüvvələrinin hərbi fəaliyyəti haqqında məlumat toplamağa sərf edib.

Müttəhim dəfələrlə Moskvaya gələrək rus ordusunun vəziyyəti haqqında ona gizli məlumat verən ruslarla görüşüb. Fransız Rusiya İstintaq Komitəsi şöbəsinə aparılıb. Tezliklə onun barəsində cinayət işi açılacaq və barəsində həbs-qətimkan tədbiri seçiləcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə