“Orient Express” Parisdən İstanbula gəldi

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən məlumata görə ...
“Orient Express” Parisdən İstanbula gəldi

“Orient Express” iyunun 1-də Fransanın paytaxtı Parisdən yola düşərək İstanbula gəlib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən məlumata görə, Mehteran komandası “Orient Express”i İstanbulun Sirkeci qatar stansiyasında qarşılayıb.

Sürix, Vyana, Budapeşt, Sofiya, Buxarest və Varna marşrutu ilə Türkiyəyə gələn “Orient Express” 7 iyun Türkiyə vaxtı ilə saat 16.05-də Sirkeci stansiyasından yola düşəcək və 8 iyun saat 00.40-da ölkədən ayrılacaq.

2023-cü il 7 iyun və 28 avqustunda Türkiyəyə 2 dəfə gələn “Orient Express” bu il üçün də 2 səfər planlaşdırıb.

Türkiyə Nəqliyyat və infrastruktur naziri Əbdulqədir Uraloğlu iyunun 5-də “Resli Saray” kimi tanınan “Şərq ekspresi” ilə 48 nəfərin Türkiyəyə gəldiyini, 38-inin isə geri dönəcəyini bildirib.

“Orient Express”in İstanbula ikinci gəlişi avqustun 28-də olacaq. Qatar avqustun 30-da geri dönəcək.

Qeyd edək ki, 1883-cü ildə Parisdən İstanbula uzanan xətt üzrə fəaliyyətə başlayan qatar Avropanın müxtəlif şəhərlərini birləşdirir. Aristokratlar, iş adamları və macəraçılar arasında məşhur səyahət marşrutuna çevrilən “Orient Express” qatarında yataq və istirahət vaqonları, həm də restoranlar var. Avropanın bir çox ölkəsini əhatə edən müxtəlif xətlərdə hərəkət edən qatarın ən gözəl istiqamətlərindən biri də Türkiyədir.

Bütün xəbərlər Facebook səhifəmizdə