Fələstinə dəstək aksiyalarında iştirak edən Stanford Universitetinin 13 tələbəsi həbs olunub

Fələstinə dəstək aksiyalarında iştirak edən Stanford Universitetinin 13 tələbəsi həbs olunub

ABŞ-da Fələstinə dəstək aksiyalarında iştirak edən Stanford Universitetinin 13 tələbəsi həbs olunub. SİA-nın məlumatına görə, təhsil müəssisəsinin binasına qanunsuz daxil olan tələbələr universitetin prezidentinin ofisini zəbt ediblər. Onlara mane olmaq istəyən təhlükəsizlik əməkdaşı xəsarət alıb. Universitetin yaydığı məlumata görə, təhsil müəssisəsinin binasına daxildən və xaricdən xəsarətlər yetirilib. Bildirlir ki, həbs olunan tələbələr universitetdən uzaqlaşdırılacaq və sonuncu kursda olan tələbələrin məzun olmasına icazə verilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə