…ABŞ-dakı seçkilərdən sonra Moskvaya münasibətdə mahiyyətcə heç nə dəyişməyəcək.
Rusiya prezidenti Vladimir Putin Cozef Baydeni proqnozlaşdırıla bilən köhnə siyasətçi hesab edir. Eyni zamanda ABŞ-da prezident seçkilərində kimin qalib gəlməsi Rusiyanı maraqlandırmır – nə Donald Tramp, nə də Bayden.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya lideri bunu dünya xəbər agentliklərinin rəhbərləri ilə söhbətində bildirib.
Xatırladaq ki, görüş Sankt-Peterburqda keçirilir. Belə ki, bu gün (artıq dünən) başlayan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun ənənəvi tədbiridir.
“RİA Novosti” xəbər verir ki, Putinin sözlərinə görə, ABŞ-dakı seçkilərdən sonra Moskvaya münasibətdə mahiyyətcə heç nə dəyişməyəcək.
Daha əvvəl Tramp bildirib ki, Vladimir Putin dünyada əsas rol oynayan siyasətçilər sırasındadır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB