“Rusiya Ukraynaya hücum etməyib, əksinə, özünü müdafiə edir...”

“Rusiya Ukraynaya hücum etməyib, əksinə, özünü müdafiə edir...”

...Qərbdə heç kim Ukrayna faciəsinin necə başladığını xatırlamaq istəmir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin dünya media rəhbərləri ilə görüşündə deyib ki, hər kəs müharibəni Rusiyanın başladığına inanır.

Putin müharibənin başlamasının Ukraynada konstitusiyaya zidd çevriliş olduğunu xatırladıb. Və bu çevrilişdə Rusiyanın günahının olmadığını deyib.

Rusiya lideri Rusiyanın Ukraynaya hücum etmədiyini, özünü müdafiə etdiyini vurğulayıb.

Bir daha xatırladaq ki, Rusiya prezidentinin iri beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilir.

“RİA Novosti” burada dost olmayan ölkələrin nümayəndələri də iştirak etdiyini yenidən xatırladır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə