Gürcüstan NATO-nu saxtakarlıqda ittiham edib

Gürcüstan NATO-nu saxtakarlıqda ittiham edib

NATO Gürcüstanı hərbi-siyasi blokun razılaşmasının qeyri-dəqiq tərcüməsi ilə aldatdı.

SİA TASS-a istinadən xəbər verir ki, bunu parlament çoxluğuna daxil olan Gürcüstanın “Xalqın Gücü” partiyası bildirib.

...Əsl nizamnamədə hər bir ölkənin hərbi yardımdan istifadə edib-etməmək barədə qərar verməsi ilə bağlı əsas müddəa tərcümədə itib.

Bu siyasi assosiasiyanın bəyanatında deyilir.

Tərcümənin gürcü dilindəki variantında deyilir ki, NATO üzvü hücuma məruz qalacağı təqdirdə bütün dövlətlər hərbi qarşıdurmaya qoşulmağa və müttəfiqi təcavüzdən qorumağa borcludurlar.

Partiya yalana söykənən təbliğat aparmağın və Gürcüstan xalqını alyansa qoşulmağın təhlükəsizlik və əmin-amanlıq təmin etdiyinə inandırmağın nə üçün lazım olduğu ilə maraqlanıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə