Almaniya 2029-cu ildə baş verə biləcək müharibəyə hazır olmalıdır. Söhbət Rusiya ilə münaqişədən gedir.
SİA-nın əldə etdiyi məlumata görə, “Die Zeit” xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
Qeyd olunur ki, nazir Bundesverin əməliyyat hazırlığını gücləndirmək istəyir.
...Biz 2029-cu ilə qədər müharibəyə hazır olmalıyıq.
Qeyd etiyimiz kimi, Pistorius bunu Rusiyadan gələn təhlükə kontekstində deyib.
....Və əlavə edib ki, Almaniya ən pis ssenarinin qarşısını almaq üçün çəkindirmə təmin etməlidir.
Pistorius vurğulayıb ki, maliyyə, materiallar və kadrlar Bundesverin sərvətinin yaxşılaşdırılması üçün çox vacibdir. ...Fövqəladə vəziyyətdə bu ölkəni müdafiə etmək üçün cəsur gənc qadınlara və kişilərə ehtiyacımız var.
Bunu deyən Pistorus, hərbi xidmətin yeni formasına ehtiyac olduğunu da istisna etməyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB